Astanada Suriya üzrə görüşlər başladı
Bizi izləyin

Dünya

Astanada Suriya üzrə görüşlər başladı

Silahlı müxalifət nümayəndələri bir qədər gecikir.

Astanada Suriya üzrə plenar öncəsi ikitərəfli görüşlər başlayıb.

Bu barədə Qazaxıstan XİN-in mətbuat katibi Anuar Jaynakov bildirib.

Mətbuat katibi deyib: "Görüşlər başlayıb, silahlı müxalifət nümayəndələri bir qədər gec gələcəklər, onlarla görüş nahara qədər baş tutacaq".

Qeyd edək ki, Rusiya, İran, Türkiyənin vasitəçiliyi, eləcə də İordaniya, BMT və Suriya hökumət və silahlı müxalifət nümayəndələrinin iştirakı ilə Suriya üzrə danışıqların ikinci raundu Astanada başlayıb. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm