Səudiyyə Ərəbistanı raket atəşinə tutuldu
Bizi izləyin

Dünya

Səudiyyə Ərəbistanı raket atəşinə tutuldu

İranın dəstəklədiyi Husilər Yəməndən növbəti dəfə Səudiyyə Ərəbistanının raket atəşinə tutublar.

İranın dəstəklədiyi Husilər Yəməndən növbəti dəfə Səudiyyə Ərəbistanının raket atəşinə tutublar.

Publika.az xəbər verir ki, bu haqda SPA agentliyi məlumat yayıb.

Agentliyin yazdığına görə, Əbha şəhərinə atılmış hər iki raket zərərsizləşdirib. Husilərə məxsus "Əl-Məsirə" telekanalı isə Səudiyyə Ərəbistanının Əbha hava limanına atılan ballistik raketlərin hədəfə çatdığını iddia edir. Kanal xeyli sayda insanın öldüyünü xəbər verib.

Xatırladaq ki, Yəməndə ordu qüvvələrinə qarşı vuruşan Husilər hökuməti dəstəkləyən Səudiyyə Ərəbistanının paytaxtına fevralın 7-də ballistik raket atıb. Husilər Ər-Riyadda yerləşən hərbi bazanı ballistik raketlə hədəf alıblar.

Husilər həmçinin Ər-Riyada yeni zərbələr endirə biləcəyini açıqlayıblar.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm