Türkiyənin düşməni ilə işğala hazırlaşır - TRAMPIN PLANI
Bizi izləyin

Dünya

Türkiyənin düşməni ilə işğala hazırlaşır - TRAMPIN PLANI

Pentaqondakı mənbələrə görə, ABŞ 82-ci desant diviziyasının 2-ci briqadasından 2 min əsgəri Suriyaya göndərəcək.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyaya quru gücləri göndərməyi planlaşdırır. Hazırda əsas sual bu gücün hansı qüvvələrə dəstək olaraq göndəriləcəyi ilə bağlıdır.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, Pentaqondakı mənbələrə görə, ABŞ 82-ci desant diviziyasının 2-ci briqadasından 2 min əsgəri Suriyaya göndərəcək.

Suriyada hazırda PKK terror təşkilatının Suriya qolu olan PYD-nin liderlik etdiyi Suriya Demoratik Güclərinə (SDG) hərbi təlim keçən 500 ABŞ əsgəri var. Pentaqonunun göndərmək istədiyi quru gücünün SDG-yə dəstək olaraq göndərilib-göndərilməyəcəyi dəqiq olaraq məlum olmasa da, son bir il ərzində baş verən hadisələr müəyyən ehtimallar irəli sürməyə imkan verir.

ABŞ-ın 2016-cı ilin oktyabr ayında PYD döyüşçülərinə təlim vermək üçün Ayn əl-Arabın 35 kilometr cənubunda yerləşən bir kənddə hərbi baza qurduğu barədə informasiyalar yayıldı. Vaşinqtonun bu bazanı Rakka əməliyyatına hazırlıq məqsədi ilə qurduğu bildirilir.

Donald Tramp prezident vəzifəsində gəlmədən əvvəl onun PYD və SDG-yə verilən dəstəyi kəsəcəyi barədə xəbərlər yayıldı. Ancaq ABŞ Trampın prezident olmasından qısa müddət sonra PYD-ə silah göndərdi. Bundan başqa, SDG-nin sözçüsü Telal Sülo 2017-ci il yanvarın 31-də bildirib ki, Tramp onlarla əməkdaşlığı artıraraq SDG-nin nəzarətindəki ərazilərə quru gücləri göndərib.

“Tramp İŞİD-in məhv edilməsi üçün yerli güclərin vacib olduğunun fərqindədir. Bu, güc isə SDG-dir”, - o deyib.

Bu açıqlamadan hələ bir ay keçməmiş ABŞ-ın Suriyaya quru gücü göndərmək istədiyinin açıqlaması bu gücün hansı qrupa dəstək olaraq göndəriləcəyini göstərir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm