Atasının mirası və dayısının məxfi fondları - Qətlin ŞOK DETALLARI
Bizi izləyin

Dünya

Atasının mirası və dayısının məxfi fondları - Qətlin ŞOK DETALLARI

Kim Çen İrin məcburi şəkildə qürbətdə yaşayan oğluna yazığı gəlirdi və ona xeyli vəsait qoyubmuş.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen İnın qardaşı Kim Çen Nam dayısının gizli hesabları və atasından qalan miras ətrafındakı münaqişənin qurbanı ola bilərdi.

Publika.az xəbər verir ki, bu haqda Cənubi Koreya nəşri “The Korea Times” yazıb.

Nəşrin məlumatına görə, KXDR-in ikinci adamı sayılan Çan Son Txekin (Kim Çen Namın dayısı) 2013-cü ildə edamından sonra onun məxfi xarici hesabları üzərində nəzarət hansı yollasa Kim Çen Nama keçib.

“Makao şəhərində işləyən şimali koreyalı Kim Çen Namı “böyük oyunçu” adlandırırdılar. Hesab edilir ki, o, Çan Son Txekin ölümündən sonra onun məxfi bank hesabları və iri məbləğdə valyuta ilə bağlı sərəncam vermək hüququnu alıb”, - nəşr qeyd edir.

Qəzet yazır ki, Kim Çen Nam atasının ölümündən sonra “vida hədiyyəsi” kimi Kim Çen İrdən xeyli pul alıb. Məqalə müəllifləri qeyd edir ki, Kim Çen İrin məcburi şəkildə qürbətdə yaşayan oğluna yazığı gəlirdi və ona xeyli vəsait qoyubmuş.

Onların məlumatına görə, Kim Çen In qardaşına sərəncamında olan bütün pullarla “beynəlxalq sanksiyalar şəraitində çox ehtiyacı olan ölkəyə" qayıtmağı əmr edib. Kim Çen Nam əmrə tabe olmayıb ki, Şimali Koreya başçısını çox qəzəbləndirib.

Qeyd edək ki, Kim Çen Nam fevralın 13-də Malayziyada, paytaxt Kuala-Lumpurun beynəlxalq aeroportunda öldürülüb. Onun ölümündə iki qadın şübhəli bilinir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm