• USD 1,7000 0,00% EUR 1,8964 -0,03%
    • GBP 2,1611 -0,08% RUB 0,0264 0,00%

İŞİD komandanlığı “paytaxt”ı tərk etməyə başladı

  • Dünya
  • 18 Fevral 2017 11:24
  • 539 Baxış
İŞİD komandanlığı “paytaxt”ı tərk etməyə başladı

İŞİD terror təşkilatının komandanlığı Suriyanın Rakka şəhərini tərk etməyə başlayıb.

Publika.az xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndəsi, kapitan Ceff Devisə istinadən “Reuters” agentliyi bildirib.

“İŞİD-in komandirləri və məmurları Rakkanı tərk etməyə başladılar. Onlar öz hərbi əməliyyatlarını Fərat çayının aşağı hissəsinə keçirir. Beləliklə, onlar bu faktı qəbul etdilər ki, Rakkadakı varlıqları sona yaxınlaşır”, - Devis deyib.

Ancaq hərbiçi nə qədər İŞİD-çinin şəhəri tərk etdiyini və onların terror təşkilatında hansı vəzifələr tutduğunu dəqiqləşdirməyib.

Xatırladaq ki, İŞİD-in de-fakto paytaxtı sayılan Rakka şəhəri dünən Rusiya hərbi aviasiyası tərəfindən bombalanıb.

Ömər

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR