Ankaradan NATO-ya sərt ittiham: “Yalnız Rusiya…”
Bizi izləyin

Dünya

Ankaradan NATO-ya sərt ittiham: “Yalnız Rusiya…”

İttifaq müdafiə qabiliyyətini və potensialını itirməməlidir.

“NATO hazırda cənubi-şərq cinahında öz öhdəliklərini yerinə yetirmir”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Fikri İşık Münxen Təhlükəsizlik Konfransında deyib.

“NATO indiyə qədər cənubi-şərq cinahında öhdəlikləri yerinə yetirmədi. Biz ümid edirik ki, yaxın vaxtlarda vəziyyət dəyişəcək. Yalnız şərq deyil (Rusiya istiqamətində -red.), həm də cənubi-şərq istiqamətində öhdəliklər yerinə yetirilməlidir”, - deyə türkiyəli nazir bildirib.

Fikri İşık həmçinin qeyd edib ki, ittifaq müdafiə qabiliyyətini və potensialını itirməməlidir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm