Lavrov: "Rusiya və ABŞ heç vaxt birbaşa münaqişədə olmayıb"
Bizi izləyin

Dünya

Lavrov: "Rusiya və ABŞ heç vaxt birbaşa münaqişədə olmayıb"

Amerika daha yaxın qonşumuzdur, nəinki Avropa İttifaqı.

“Əgər Münxen Təhlükəsizlik Konfransında səslənən bəzi bəyanatlara nəzər salsaq, “soyuq müharibə”nin qurtarmadığını deyə bilərik”.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bunu Münxen Təhlükəsizlik Konfransında çıxışında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Rusiya və ABŞ münasibətlərinin müxtəlif istiqamətlərdə potensialı böyükdür. Biz ABŞ-la hansı münasibətləri istəyirik? Praqmatiq münasibətlər, qarşılıqlı hörmət və qlobal sabitlik üçün xüsusi məsuliyyətin dərk edilməsi”, - nazir vurğulayıb.

Lavrov qeyd edib ki, Rusiya və ABŞ heç vaxt birbaşa münaqişədə olmayıb. O, xatırladıb ki, "Rusiya Birləşmiş Ştatların vahid və güclü dövlət kimi formalaşması üçün çox dəstək göstərib: “Amerika daha yaxın qonşumuzdur, nəinki Avropa İttifaqı. Berinq boğazında cəmi 4 kilometr bizi ayırır”.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm