Bursada KABUS GECƏ - Avtomobil restorana girdi, 9 nəfər... - - FOTO
Bizi izləyin

Dünya

Bursada KABUS GECƏ - Avtomobil restorana girdi, 9 nəfər... - - FOTO

Türkiyədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Türkiyədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az "Habertürk"ə istinadən xəbər verir ki, hadisə Bursada, Osmangazı rayonunda baş verib. Belə ki, minik avtomobilinin restorana girməsi nəticəsində 9 nəfər yaralanıb. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, qəzaya sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub.

Hadisə yerinə çoxlu sayda təcili yardım və xilasedici cəlb edilib. Qəzanı törətmiş sürücünün şəxsiyyəti hələ ki müəyyənləşdirilməyib.

Yaralılar xəstəxanalara yerləşdirilib. Polis faktla bağlı araşdırmaya başlayıb və ərazidə təhlükəsizlik tədbirləri görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm