• USD 1,7000 0,00% EUR 1,8964 -0,03%
    • GBP 2,1611 -0,08% RUB 0,0264 0,00%

Moskva Gürcüstanla viza rejiminin ləğvi şərtlərini açıqladı

Moskva Gürcüstanla viza rejiminin ləğvi şərtlərini açıqladı

Moskva Tiflislə münasibətlərin normallaşmasından məmnun olsa da, vizaların ləğvi barədə danışmaq hələ tezdir.

"RİA Novosti" bildirir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov Münhen Təhlükəsizlik Konfransı çərçivəsindəki müzakirələr zamanı deyib.

“Viza rejiminin ləğvinə gəlincə, bir daha qeyd edim ki, bu kifayət qədər mürəkkəb məsələdir, bu yalnız diplomatik münasibətlərin olmaması ilə bağlı məsələ deyil. Burada, həmçinin təhlükəsizliyin təmin olması zərurəti var. Çünki, nəzərə almaq lazımdır ki, tək Mərkəzi Asiya deyil, Cənubi Qafqaz bölgələri də silahlılar, ekstremistlər, terrorçular və narkotik alverçilərinin fəal istifadə etməyə çalışdığı marşrutlar sırasındadır”, - deyə rusiyalı nazir qeyd edib.

Nazir əlavə edib ki, viza rejiminin daha da yüngülləşdirilməsi barədə iki ölkənin hüquq-mühafizə orqanları arasında hərtərəfli əməkdaşlıq bərpa edildikdən sonra, hər iki tərəfin qeyd olunan riskləri maksimum səviyyədə aradan qaldıra biləcəyi təqdirdə danışmaq mümkün olacaq.

S.Lavrov həmçinin diqqəti ona yönəldib ki, iki ölkə arasında əmtəə dövriyyəsi artır, aviareyslərin sayı çoxalır və Gürcüstan vətəndaşları "praktik olaraq hər hansı səbəbə görə" Rusiyaya gələ bilirlər.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR