Dünya
Bir milyonluq qoşunla... - Sabiq məsləhətçi Putinin İŞĞAL TAKTİKASINI AÇIQLADI
“Krımın zəbtindən sonra Rusiya prezidenti Vladimir Putin Ukraynaya birbaşa müdaxiləyə qərar vermədi. Çünki “rus baharı” Donbas və cənub regionlarınin sakinləri tərəfindən geniş dəstəklənmədi”.
Publika.az xəbər verir ki, bunu “Apostrof” nəşrinə müsahibəsində Rusiya prezidentinin keçmiş məsləhətçisi Andrey İllarionov deyib.
“Üsyan” Ukraynanın şərqində və cənubunda o qədər müvəffəqiyyətli olmadı. Moskva ümid edirdi ki, “Novorossiya”nın yaradılması üçün tək mümkün alət birbaşa müdaxilədir. Həmin vaxt belə görünürdü ki, Putin silahlı qüvvəni açıq şəkildə tətbiq etməyə hazırdır. Ancaq bu baş vermədi”, - İllarionov qeyd edib.
O vurğulayır ki, Rusiya-Ukrayna sərhədində 50 min hərbi qulluqçunun cəmlənməsindən sonra açıq müdaxilənin planlaşdırılmadığı məlum oldu:
“Bu qoşunlar tamamilə kifayət etmirdi. Cənubi və Şərqi Ukraynanın tutulması üzrə geniş əməliyyatlar aparmaq üçün təxminən 1 milyon insan lazımdır. Təəssüf ki, peşəkar hərbi mütəxəssis olmayan bir sıra müşahidəçilər Rusiya-Ukrayna sərhədində 50 min hərbiçinin cəmlənməsini açıq müdaxiləyə hazırlıq kimi qəbul etdi. Diqqəti ona yönəldək ki, Putin hərbi əməliyyatların maksimal maskalanmasını təmin edir. 2008-ci ilin avqustunda Gürcüstana müdaxilə məxfilik altında baş verdi. Putinin Krım əməliyyatını planlaşdırmasını, silahlı qüvvələrin konsentrasiyalarını Amerika kəşfiyyatı da daxil olmaqla, heç kəs aşkar etmədi. Əgər Putin qoşunları göstərirsə, bu, ehtimal ki, şantaj üçündür, real hərbi əməliyyatın keçirilməsinə hazırlıq deyil”.
Ömər Dağlı
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO