Kəşfiyyat rəhbəri öldürüldü: İranda inqilab - VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Kəşfiyyat rəhbəri öldürüldü: İranda inqilab - VİDEO (YENİLƏNİB)

Toqquşma zamanı bir nəfər nümayişçi həlak olub.

İranda kütləvi etiraz aksiyaları davam edir.

Publika.az
xəbər verir ki, ölkənin ən vacib neft və qaz qaynaqlarının olduğu Ahvaz bölgəsində başlanan etiraz aksiyaları toqquşmaya çevrilib.
Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, toqquşmalar Ahvaz kəşfiyyat rəhbərinin İnqilab keşikçiləri tərəfindən öldürülməsindən sonra başlanıb.

Toqquşmalarda daha bir nəfər İnqilab Keşişçiləri tərəfindən qətlə yetirilib.

Qeyd edək ki, İranın neft və qaz ehtiyatlarının 80 faizi Ahvaz bölgəsində yerləşir.

Sosial şəbəkələrdə isə “Ahvaz inqilabı üçün küçələrə” çağırışları edilir.

***

Qum fırtınasından sonra elektrik və su nəqlində ciddi fasilələr yaranıb. Bu isə yerli əhalinin etirazına səbəb olub. Xalq meydanlara axışıb. Rəsmi Tehran bölgədə interneti qadağan edib və İran İslam İnqilabı Keşikçilərinin əsgərləri xalqa müdaxilə edib. Bu isə toqquşmaya səbəb olub.

Qum fırtınası səbəbindən ərazidə maska taxmadan küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib. Ağ ciyər çatışmamazlığı və nəfəsalma probleminə görə bir çox sakin xəstəxanalara yerləşdirilib. 11 rayonda məktəblər və rəsmi dövlət idarələri tətilə buraxılıb.

Rejimi qorumaq üçün xalqa sərt müdaxilə etmək istəyən İnqilab Keşikçiləri toplaşan qrupu dağıtmaq istəsə də, yerli sakinlər tərəfindən döyülüb. Toqquşma zamanı bir nəfər nümayişçi həlak olub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm