“Reina” qətliamçısına hədiyyə verilən qadından şok mesajlar: “Qrup seks...”
Bizi izləyin

Dünya

“Reina” qətliamçısına hədiyyə verilən qadından şok mesajlar: “Qrup seks...”

Abdulqadir Maşaripovun qaldığı mənzil yalnız bir terror hücrəsi kimi istifadə olunmayıb.

Yeni il gecəsi İstanbulda “Reina” klubuna hücum edən Abdulqadir Maşaripovun qaldığı mənzil yalnız bir terror hücrəsi kimi istifadə olunmayıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, ələ keçirilən mesajlar həmin mənzilin qrup seks üçün istifadə edildiyini üzə çıxarıb.

Məlumata görə, İstanbul polisi, Maşaripovla birlikdə İstanbulun Esenyurt səmtindəki evdə qalan Misir vətəndaşı Dina Alaa Eid Sayed Əhmədin internet üzərindən digər İŞİD üzvləri ilə mesajlaşmalarını deşifrə etməyi bacarıb. Maşaripovla eyni vaxtda tutulan misirli qadın İŞİD üzvlərinin “Oraya gələndə, qrup seks edərəkmi?” sualına “bəli” cavabı verib.

Dina Alaa Eid Sayed Əhmədin həyat yoldaşınnın “İxvan”ın (Müsəlman Qardaşları Təşkilatı) üzvü olduğu üçün Misirdə həbsdə olduğu bildirilir.

Daha əvvəl Türkiyə KİV-i yazıb ki, misirli qadın Maşaripova “Reina” hücumuna görə hədiyyə olaraq verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm