“İşğal Putinin prezidentliyi dövründə bitməyəcək” - PROQNOZ
Bizi izləyin

Dünya

“İşğal Putinin prezidentliyi dövründə bitməyəcək” - PROQNOZ

"Bu ərazilərin Ukraynaya qayıdışı mütləq olacaq”.

“Donbas və Krım işğal edilmiş ərazidir. Bu ərazilərin Ukraynaya qayıdışı mütləq olacaq”.

Publika.az xəbər verir ki, bunu Ukraynanın “Apostrof” nəşrinə müsahibəsində Rusiya prezidentinin keçmiş məsləhətçisi Andrey İllarionov deyib.

“Biz dəqiq bilirik ki, bu ərazilər Ukraynanın tərkibinə qayıdacaq. 1945-ci ildən sonra beynəlxalq sərhədlər və müstəqilliyin toxunulmazlığı prinsipi beynəlxalq hüququn əsas prinsiplərindən biri olub. Şərqi Timorun İndoneziya tərəfindən işğalı iyirmi ildən çox davam etdi. Sonra İndoneziya qoşunları çıxarıldı və Şərqi Timor müstəqil oldu. Küveyt İraq tərəfindən işğal edilmişdi, amma yeddi ay sonra İraq qoşunları oradan çıxdı və Küveyt müstəqilliyini bərpa etdi”, - Putinin sabiq məsləhətçisi bildirib.

Eyni zamanda, o, hesab edir ki, işğal edilmiş ərazilərin qayıdışı Vladimir Putinin prezidentliyi dövründə olmayacaq.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm