Dünya
GÖRÜNMƏMİŞ HADİSƏ: Mərhum dəfnə aparılarkən dirildi
Hindistanın Karnataka ştatının Dxarvad şəhəində 17 yaşlı hindistanlı öz dəfn mərasiminə gedən yolda ayılıb.
Publika.az xəbər verir ki, yeniyetmənin valideyinləri deyiblər ki, təxminən bir ay əvvəl onu çöl iti dişləyib. Bundan sonra yeniyetmə bir neçə həftə boyu qızdırmadan əziyyət çəkib. Onun vəziyyəti ağırlaşanda xəstəxanaya yerləşdirilib.
Xəstəxanada yeniyetmə reanimasiya şöbəsinə yerləşdirildib. Həkimlər qərara gəliblər ki, o, süni tənəffüs aparatı olmadan yaşaya bilməyəcək. Onun valideyinləri maddi imkanları olmadığından qərara gəliblər ki, müalicədən imtina etsinlər və oğullarını evə aparsınlar. Evdə bir neçə müddət o, həyat əlaməti vermədikdən sonra, valideyinləri gəncin dünyasını dəyişdiyini fikirləşiblər.
Mərhumun dəfn ediləcəyi gün, cənazəsi şəhərdən kəndə götürülərkən elə yoldaca görünməmiş hadisə baş verib. Belə ki, mərhum qəflətən ayılıb.
Həkimlərin sözlərinə görə, hazırda o, meninqoençefalit diaqnozu ilə xəstəxanada yerləşdirilib.
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil19 Aprel 20:40
Buraxılış imtahanının nəticələri açıqlandı