Putin üçün Trampın psixoloji portreti hazırlandı
Bizi izləyin

Dünya

Putin üçün Trampın psixoloji portreti hazırlandı

“Tramp hələ Putini tanımır”.

Rusiya prezidenti Vladimir Putin üçün ABŞ prezidenti Donald Trampın psixoloji portreti hazırlanıb.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin sabiq müavini, “Siyasi araşdırmalar mərkəzi” Fondunun direktoru Andrey Fyodorov deyib.

Yeddi səhifədən ibarət dosye prezident administrasiyasının işçiləri və keçmiş diplomatlar tərəfindən hazırlanıb.

“Tramp hələ Putini tanımır”, - o bildirib.

Andrey Fedorovun sözlərinə görə, Tramp hazırlanan dosyedə risk almağı sevən bir siyasətçi kimi təsvir edilib. Dosyedə amerikalı prezidentin son 2-3 aydakı çıxışları və davranışı barədə analizlər var. Fyodorovun fikrincə, dosye müntəzəm olaraq dəyişdirilir və yenilənir.

Trampın media ilə davamlı qarşıdurma vəziyyətində olmasından narahat olduqlarını deyən diplomat ABŞ prezidentinin buzda rəqs etdiyini və olduqca təhlükəli bir vəziyyətin yarandığını deyib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm