Rusiya və ABŞ rsəmiləri arasında telefon söhbəti
Bizi izləyin

Dünya

Rusiya və ABŞ rsəmiləri arasında telefon söhbəti

Rusiya və ABŞ rsəmiləri arasında telefon söhbəti olub.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi Reks Tillerson ilə telefon söhbəti edib.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Dövlət katibi ABŞ rəhbərliyi adından Rusiyanın BMT yanında daimi nümayəndəsi V.İ.Çurkinin vəfatı ilə bağlı başsağlığı verib", - deyə məlumatda qeyd olunur.

Həmçinin bildirilir ki, tərəflər beynəlxalq gündəliyin aktual məsələləri və ikitərəfli münasibətlər üzrə fikir mübadiləsi aparıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm