Dünya nüvə müharibəsinin bir addımlığında: ll KARİB BÖHRANI
Bizi izləyin

Dünya

Dünya nüvə müharibəsinin bir addımlığında: ll KARİB BÖHRANI

Çin ABŞ və Cənub Asiyadakı qonşularına meydan oxuyur.

Cənubi-şərqi Asiyada sular isinir. Dünyanın ən sıx dəniz yoluna təkbaşına nəzarət etmək istəyən Çin ABŞ və Cənub Asiyadakı qonşularına meydan oxuyur.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Çin Cənubi Çin dənizində uzun mənzilli raket batareyalarının yerləşdiriləcəyi 20-dən çox bazanın inşasını tamamlamağa yaxındır.

Hərbi bazalar ABŞ tərəfindən hərbi təhdid olaraq qiymətləndirilir. Çin dünya dəniz ticarətinin təxminən üçdə birinin reallaşdırıldığı Cənub Çin dənizinin sularının az qala hamısına iddia edir. Dəniz sularına digər iddiaçılar Bruney, Malayziya, Filippin, Tayvan və Vyetnamdır.

ABŞ prezidenti Donald Trampın administrasiyası Cənub Çin dənizində Çin tərəfindən süni adaların tikilməsini qeyri-qanuni hesab edir. ABŞ-ın “Carl Winson” təyyarədaşıyan gəmisi patrul səfəri çərçivəsində ötən bazar günü bölgəyə gəlib.

Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) Cənub Çin dənizi üzrə mütəxəssisi Greg Poling uçuş zolaqlarının olduğu Spratly adaları da daxil olmaqla, tikilən 7 süni adaya hava hücumundan müdafiə sistemləri və digər silahların yerləşdirdiyini bildirib.

“Çinin hərəkətləri bölgədəki təzyiqi yüksəldir”, - deyə ekspert vurğulayıb.

Ötən il ABŞ-ın Hərbi hava qüvvələri naziri Debora Li Ceyms Sakit okean regionuna ilk dəfə üç strateji bombardman təyyarəsinin yerləşdirildiyini bildirib. Nazir ABŞ-ın B-52, B-1 və B-2 təyyarələrinin ilk dəfə eyni anda Guamdaki Andersen hava bazasında yerləşdirildiyini açıqlayıb.

Vaşinqtonun nüvə silahı daşıma gücünə malik təyyarələrini regionda yerləşdirməsi Çin və Şimali Koreyaya qarşı təhdid xarakteri daşıyır. ABŞ-ın bu addımını Çinin bölgədə THAAD raket əleyhinə müdafiə sistemini yerləşdirməsindən sonra atması diqqət çəkir.

Hərbi mütəxəssislər son dövrdə regionda nüvə toqquşması riskinin ciddi şəkildə artdığını vurğulayırlar.

Pekin isə Donald Trampın prezidentliyi dövründə ABŞ-la müharibənin qaçılmaz olduğunu bildirir. Ötən ay Çinin Müdafiə və Səfərbərlik Komissiyasından olan yüksək çinli zabitin “Çin Xalq Qurtuluş Ordusu”nun saytında yayımlanan məqaləsində deyilirdi ki, "Trampın prezidentliyi dövründə baş verə biləcək müharibə” kimi sözlər artıq şüar yox, realdır.

Çinli zabit bildirib ki, Cənubi və Şərqi Çin Dənizində əlavə hərbi qüvvənin, eləcə də Koreya yarımadasını qorumaq üçün raketdən müdafiə sistemlərinin yerləşdirilməsinə əmr verilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm