Misir prezidentindən İsrailə ŞOK TƏKLİF
Bizi izləyin

Dünya

Misir prezidentindən İsrailə ŞOK TƏKLİF

İddia İsrail tərəfindən təkzib edildikdən qısa müddət sonra təqaüddə olan israilli bir general tərəfindən təsdiqlənib.

Misirdə hərbi çevrilişlə hakimiyyətə gələn Əbdülfəttah əl-Sisi İsrailə təklif edib ki, fələstinlilər Sinay yarımadasına yerləşdirilsinlər.

Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, iddia İsrail tərəfindən təkzib edildikdən qısa müddət sonra təqaüddə olan israilli bir general tərəfindən təsdiqlənib.

İsrailli general Arieh Eldad bildirib ki, Misir prezidenti Sinay yarımadasının bir hissəsində Fələstin dövlətinin qurulmasını təklif edib.

Sinay yarımadası Misir-İsrail sərhədində yerləşir. Sahəsi təxminən 60 min kvadrat kilometr olan yarımada Afrika qitəsi ilə Ərəbistan yarımadası arasındadır. General Misir prezidentinin təklifini müsbət qiymətləndirib. O, ABŞ prezidenti Donald Trampın bu təklifi dəstəkləyəcəyinə ümid etdiyini deyib.

İsrailin dövlət naziri Ayoob Kara ötən həftə bildirib ki, baş nazir Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampa “iki dövlətli” həll əvəzinə fələstinlilərin Sinay yarımadasına yerləşdirilməsini nəzərdə tutan qaralama mətni təqdim etmək istəyir.

Fələstin dövlət başçısı Mahmud Abbasın strateji məsələlər üzrə məsləhətçisi Hüsam Zumlut “Sinay planı”na sərt reaksiya verdi. “Fələstinlilərin vətənlərinin sərhədləri məlumdur. Fələstinlilərin Sinay yarımadasında yerləşdirilməsi fikri İsrailin yeni siyasətidir. Bu, heç bir halda qəbul edilə bilməz”, - o deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm