Honq Konqda təyyarə qəzaya uğrayıb
Bizi izləyin

Dünya

Honq Konqda təyyarə qəzaya uğrayıb

Honq Konqda yüngülmotorlu təyyarə qəzaya uğrayıb. Trend-in məlumatına görə, bu barədə polisin məlumatına istinadən "South China Morning Post" qəzeti xəbər verib.

İnsident yerli vaxtla 11:17-də sahil Manşan rayonunda baş verib. Məlumata görə, təyyarə qolf meydançası yaxınlığında ağacların üstünə düşüb.

Polisin verdiyi son məlumata görə, təyyarədə 2 nəfər olub və onlar xəsarət almayıb.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm