Milyonçunun oğlu qəza törətdi: 4 ölü - VİDEO
Bizi izləyin

Dünya

Milyonçunun oğlu qəza törətdi: 4 ölü - VİDEO

Milyonçunun oğlunun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yunanıstanda milyonçunun oğlunun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, "Jumbo" supermarketlər şəbəkəsinin sahibi Apostolos Vakakisin oğlunun böyük sürətlə idarə etdiyi “Porsche” avtomobil dayanacağında park edilən "Honda Civic"ə çırpılıb.

"Honda Civic"də olan 33 yaşlı qadın və üç yaşlı uşaq həlak olub. “Porsche"də biznesmenin oğlu ilə yanaşı, dostu da olub. Onlar da qəzada həlak olublar.

Hadisənin baş verdiyi Afina – Lamiya magistralında maksimal icazə verilən sürət saatda 120 kilometr olsa da, "Porsche"nin bu limiti keçdiyi müəyyən edilib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm