Ağ Evdən jurnalistlərə növbəti ŞOK QADAĞA
Bizi izləyin

Dünya

Ağ Evdən jurnalistlərə növbəti ŞOK QADAĞA

Həmin şəxslərin ciddi cəzalandırılacağı gözlənilir.

ABŞ prezidenti Donald Trampın göstərişi ilə Ağ Ev-də jurnalistlərə qarşı növbəti qadağa tətbiq olunub.

Publika.az “CNN”-ə istinadən xəbər verir ki, yeni qərara görə Ağ Evdə keçirilən tədbirləri işıqlandıran jurnalistlərin telefonları yoxlanılacaq.

Yoxlama zamanı jurnalistlərin Ağ Ev rəsmiləri ilə danışıqları da araşdırılacaq. Əgər Ağ Ev işçilərindən kiminsə jurnalistlərlə telefon danışıqları aşkar olunarsa, həmin şəxslərin ciddi cəzalandırılacağı gözlənilir.

Məlumata görə, sözügedən qərarı Donald Trampın mətbuat katibi Sean Spicer də dəstəkləyib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm