Sarkisyan Rusiyaya səfərə hazırlaşır
Bizi izləyin

Dünya

Sarkisyan Rusiyaya səfərə hazırlaşır

S.Sarkisyan Rusiya paytaxtında iki gün qalacaq.

Ermənistan prezidenti Serj Sarkisyan martın 14-də Rusiyaya rəsmi səfər edəcək.

"Report"un məlumatına görə, bu barədə "İzvestiya" qəzeti Ermənistan prezidenti administrasiyasındakı mənbəyə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, S.Sarkisyan Rusiya paytaxtında iki gün qalacaq və həmkarı Vladimir Putinlə görüşəcək. Dövlət başçıları ikitərəfli əməkdaşlığa dair aktual məsələləri, həmçinin Dağlıq Qarabağda yaranmış vəziyyəti müzakirə edəcəklər.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumatı təsdiqləyib. Bundan əvvəl isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Ermənistan prezidentinin Rusiyaya səfər edəcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm