Yaşayış məntəqəsində yanğın: 4 azyaşlı öldü
Bizi izləyin

Dünya

Yaşayış məntəqəsində yanğın: 4 azyaşlı öldü

Hazırda yanğının səbəbləri araşdırılır.

ABŞ-ın Oreqon ştatında baş verən yanğın zamanı 4 azyaşlı uşaq yanaraq ölüb.

APA-nın verdiyi xəbərə görə, faciə ştatın ən iri şəhəri Portlenddən 300 km aralıda yerləşən Riddl yaşayış məntəqəsində baş verib.

Yanğın nəticəsində 3 nəfər xəsarət alıb. Onların vəziyyətlərinin ağır olduğu bildirilir. İnsidentin digər təfərrüatları hələ ki, açıqlanmır.

Hazırda yanğının səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm