Türkiyə parlamenti evlilik verilişlərini nəzarətə götürdü
Bizi izləyin

Dünya

Türkiyə parlamenti evlilik verilişlərini nəzarətə götürdü

O, bununla bağlı ciddi addımlar atılacağını söyləyib.

Türkiyə Böyük Millət Məclisi (TBMM) ölkənin televiziya kanallarında yayımlanan evlilik proqramlarının nəzarətə götürülməsi ilə bağlı müvafiq komissiya yaradıb.

Publika.az bu ölkənin mediasına istinadən xəbər verir ki, sözügedən komissiyaya Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) seçilmiş deputatı Canan Candemir Çelik sədr seçilib.

Sözügedən komissiya Türkiyədə evlilik verilişlərində efirdə gedən əxlaqi normalara zidd məsələləri araşdıracaq, sözügedən məsələ ilə bağlı edilən şikayətlərə baxacaq və müvafiq qərarlar qəbul edəcək.

Artıq sözügedən komissiyanın ilk iclası da keçirilib. İlk iclas komissiyanın ən yaşlı üzvü olan AKP-çi deputat Fikri Demirelin sədrliyi ilə toplanıb. Daha sonra Canan Candemir Çelik komissiyaya sədr seçilib.

Canan Candemir Çelik son illər Türkiyənin televiziya kanallarında evlilik verilişləri ilə bağlı şikayətlərin sayının artığını və sözügedən proqramların ailədaxili münaqişələrə səbəb olduğunu bildirib. O, bununla bağlı ciddi addımlar atılacağını söyləyib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm