Trampa daha bir ZƏRBƏ: Gizli təşkilata simpatiyası olan nazir Kremlin adamı çıxdı
Bizi izləyin

Dünya

Trampa daha bir ZƏRBƏ: Gizli təşkilata simpatiyası olan nazir Kremlin adamı çıxdı

Seçki kampaniyası zamanı Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak ilə iki dəfə görüşdüyü ortaya çıxıb.

Ədliyyə naziri Jeff Seşnzın prezident Donald Trampın seçki kampaniyası zamanı Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak ilə iki dəfə görüşdüyü ortaya çıxıb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, ABŞ Konqresinin respublikaçı və demokratlardan ibarət komitəsi seçki kampaniyası zamanı Rusiya ilə əlaqələrin təhqiqata cəlb olunması qərarı verib.

ABŞ Ədliyyə Nazirliyi nazirin 2016-cı ildə iki dəfə Rusiya səfiri ilə görüşdüyünü, ancaq bu görüşlərdən heç birində ruslar ilə Donald Trampun seçki kampaniyası arasındakı əlaqələrin müzakirə olunmadığını açıqlayıb.

İddialara cavab verən nazirin özü də seçki kampaniyası ilə əlaqədar mövzuları müzakirə etmək üçün üçün heç bir rus səlahiyyətli ilə görüşmədiyini bildirib. “İddiaların nə ilə əlaqədar olduğunu bilmirəm. Bunlar səhvdir”, - deyə Jeff Seşnzı bildirib.

Demokratların Nümayəndələr Palatasındakı azlığının lideri Nenci Pelosi isə onun yalan danışdığını və istefa verməli olduğunu vurğulayıb.

Daha əvvəl isə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Maykl Flinn Rusiya səfiri Sergey Kislyak ilə görüşməsi iddialarının üzə çıxmasından sonra istefaya göndərilib. Onun istefasına səbəb ötən ilin dekabrında Moskvanın Vaşinqtondakı səfiri Sergey Kislyakla Rusiyaya qarşı sanksiyalara dair apardığı müzakirə barədə Donald Trampı düzgün məlumatlandırmaması göstərilib.

Alabama senatoru Jeff Seşnz Senat tərəfindən təsdiqlənən ilk nazir idi. Ancaq onun keçmişdə işlətdiyi irqçi ifadələr sərt reaksiyalar doğurmuşdu.

24 dekabr 1865-ci ildə ABŞ-da qurulan zənci əleyhdarı irqçi gizli təşkilat olan Ku Kluks Klana simpatiyası olduğu deyilən 69 yaşındakı siyasətçi Vaşinqtondakı ən mühafizəkar şəxslərdən biridir. 1986-cı ildə federal hakimlik üçün təklif edilən namizədliyi isə barəsindəki irqçi ittihamlarına görə Senat tərəfindən rədd edilmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm