Azərbaycanlı nazir işdən çıxarıldı
Bizi izləyin

Dünya

Azərbaycanlı nazir işdən çıxarıldı

Baş nazir Vladimir Qroysman qeyd edib ki, Nəsirov barəsində dürüst və açıq araşdırma aparılmalıdır

Ukrayna Nazirlər Kabineti Dövlət Fiskal Xidmətinin (DFX) sədri, azərbaycanlı Roman Nəsirovu vəzifəsindən kənarlaşdırıb.

Publika.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu haqda təklif maliyyə naziri Aleksandr Danilyukdan daxil olub.

Baş nazir Vladimir Qroysman qeyd edib ki, Nəsirov barəsində dürüst və açıq araşdırma aparılmalıdır

“Əgər insan günahkardırsa, cəzalandırılmalıdır. Əgər günahkar deyilsə, bəraət verilməlidir”, - Qroysman bildirib.

Qeyd edək ki, Roman Nəsirov Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb. Vəkil Denis Fetisovun sözlərinə görə, R.Nəsirov Ukrayna Cinayət Məcəlləsinin 364-cü maddəsi üzrə (vəzifədən sui-istifadə) şübhəli bilinir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm