Universitet diplomu satan şəxslər tutuldu
Bizi izləyin

Dünya

Universitet diplomu satan şəxslər tutuldu

Onlara qarşı rüşvətxorluq, dələduzluq maddələri ilə bağlı ittiham irəli sürülüb.

Ermənistanda “Proqres” Universitetinin ali təhsil almadan diplom satması faktı aşkar edilib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, işbazlar bir diplomu 800 dollara satarkən yaxalanıblar.

Digər bir hadisə isə ölkə sərhədini aşıb. Belə ki, vasitəçi ABŞ vətəndaşının təhsil almadan universitetin dövlət diplomu əldə etmək istəyini öyərnib. O, universitetin rektoruna müraciət edərək, 5 min dollara universitetin nəzdindəki kolleci və universiteti bitirmək haqqında 6 diplom istəyib. Universitetin rəhbəri bu sövdələşəməni qəbul edib.

Onlara qarşı rüşvətxorluq, dələduzluq maddələri ilə bağlı ittiham irəli sürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm