Dünya
Azərbaycanlı nazir QAÇIRILDI – VİDEO
Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sabiq sədri, azərbaycanlı Roman Nəsirov Milli Antikorrupsiya Bürosunun əməkdaşlarının müşayiəti ilə “Feofaniya” xəstəxanasından çıxarılıb.
Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, Nəsirovun vəkili Aleksandr Miroşnik və qohumları onun naməlum istiqamətdə aparıldığını bildiriblər.
Vəkil bunun qanunsuz adlandırıb.
“Bu gün mən onunla danışdım. O, normal vəziyyətdə idi. Ona MRT (Maqnit Rezonans Tomoqrafiya müayinəsi – red.) üçün yuxugətirən narkoz vurdular. Yəni, o yatdı. Bundan sonra Nəsirovun olduğu otağa Milli Antikorrupsiya Bürosunun xəfiyyələri girdilər. Onun hara aparıldığını bilmirəm”, - Nəsirovun qayınatası bildirib.
Milli Antikorrupsiya Bürosunun mətbuat xidmətindən isə “İnterfaks-Ukrayna” agentliyinə bildiriblər ki, Nəsirovun hara aparıldığına dair informasiyaya malik deyillər,
Qeyd edək ki, Roman Nəsirov Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb. Vəkil Denis Fetisovun sözlərinə görə, R.Nəsirov Ukrayna Cinayət Məcəlləsinin 364-cü maddəsi üzrə (vəzifədən sui-istifadə) şübhəli bilinir.
Ömər
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?