Rusiyada “quş qripi” təhlükəsi - 11 min...
Bizi izləyin

Dünya

Rusiyada “quş qripi” təhlükəsi - 11 min...

Martın 2-dən etibarən fövqəladə vəziyyət elan edilib.

Moskva ətrafının Sergiyev-Posad rayonunun Bereznyzki kəndindəki "Smena" quşçuluq təsərrüfatında dörd gün ərzində 11 mindən çox toyuq “quş qripi”ndən tələf olub.

Publika.az “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müəssisənin ərazisində “quş qripi” epidemiyası fevralın 27-də başlayıb.

Müəssisənin ərazisində martın 2-dən etibarən fövqəladə vəziyyət elan edilib. “Quş qripi” virusunun yüksək patogenli yeni ştammı Çində 2017-ci ilin fevralında qeydiyyata alınıb. Onun insanlar üçün təhlükəli olmadığı qeyd olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm