Türkiyədə vurulan Suriya təyyarəsinin pilotundan ilk açıqlama
Bizi izləyin

Dünya

Türkiyədə vurulan Suriya təyyarəsinin pilotundan ilk açıqlama

Türkiyənin Hatay bölgəsində vurulan Suriya təyyarəsinin pilotu ilk açıqlama verib.

Türkiyənin Hatay bölgəsində vurulan Suriya təyyarəsinin pilotu ilk açıqlama verib.

Axar.az xəbər verir ki, adının Məmməd Sufhan olduğunu deyən pilot Lazkiyə şəhərindən havaya qalxdıqdan sonra təyyarənin vurulduğunu bildirib.

56 yaşlı pilotun fəqərə sümüyündə sınıq olduğu, ayaqları və üzündə yaraların olduğu barədə məlumat verilib.

Pilotun paraşütlə yerə düşdükdən sonra təxminən 500 metr piyada getdiyi bildirilib.

Xatırladaq ki, Suriya təyyarəsi ötən gün Əhrar əş-Şam qruplaşması tərəfindən vurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm