Fransa ilə Türkiyə arasında bayraq qalmaqalı (FOTO)
Bizi izləyin

Dünya

Fransa ilə Türkiyə arasında bayraq qalmaqalı (FOTO)

Fransa ilə Türkiyə arasında bayraq qalmaqalı (FOTO)

Fransanın irqçi Milli Cəbhə Partiyası (FN) bu ay keçriləcək Avropa Parlamenti seçkisi üçün hazırladığı broşurada Türkiyə ilə Tunisin bayraqlarını qarışdırıb. ANS PRESS-in xəbərinə görə, FN broşurada Türkiyə bayrağı əvəzinə Fransanın keçmiş müstəmləkəsi olan Tunisin bayrağını nümayiş etdirib.

Fransada nəşr olunan “Le Figaro” qəzeti isə bu səhvi öz facebook səhifəsində əməlli-başlı ələ salıb. Səhifə, özünü dünyanın ən tanınmış geosiyasi mütəxəssisi kimi tanıdan FN namizədi Emerik Şopradın (Aymeric Chauprade) əvəzinə adi bir sosial şəbəkə istifadəçisinin bu səhvi görərək xəbər verməsini vurğulayıb

Qeyd edək ki, səhvin bilinməsindən sonra broşuradakı Tunis bayrağı Türkiyə bayrağı ilə əvəzlənib.

Mayın 4-də “Atlantico” adlı xəbər saytına müsahibə verən Şoprad sabiq prezident Nikolas Sarkozi ilə rəsmi Brüsseli Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı müzakirələri yenidən başlatdığı üçün tənqid etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm