Prezidentliyə namizəd Avropa üçün 2 böyük təhlükəni açıqladı
Bizi izləyin

Dünya

Prezidentliyə namizəd Avropa üçün 2 böyük təhlükəni açıqladı

Vladimir Putinin heç bir hərəkəti məni belə bir nəticəyə gəlməyə məcbur etmir.

“Mən Rusiyanın Avropanı təhdid etdiyini düşünmürəm”.

Publika.az xəbər verir ki, bunu Fransanın “Milli Cəbhə” Partiyasının lideri, prezidentliyə namizəd Marine Le Pen CBS kanalına müsahibəsində bildirib.

“Rusiya Fransa və Avropanın başqa ölkələri üçün təhdid deyil. Mən düşünürəm ki, bu, böyük yalandır. Rusiyaya qarşı “soyuq müharibə”nin aparılması və Rusiyanın Çinin əllərinə itələnməsi Avropa üçün böyük təhlükədir”, - "Milli cəbhə" partiyanın lideri vurğulayıb.

Fransız siyasətçi həmçinin bildirib ki, Rusiya prezidenti Vladimir Putini də Fransa və Avropa regionunun başqa ölkələri üçün təhdid hesab etmir.

“Vladimir Putinin heç bir hərəkəti məni belə bir nəticəyə gəlməyə məcbur etmir”, - o deyib.

Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 23-ü, ikinci turu isə mayın 7-də olacaq. “Odaxa” sosioloji xidmətin keçirdiyi son sorğunun məlumatlarına əsasən, “Milli Cəbhə”nin namizədi üçün respondentlərin 25,5 faizi səs verməyi planlaşdırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm