Sabiq nazir məhkəməyə xərəkdə gətirildi
Bizi izləyin

Dünya

Sabiq nazir məhkəməyə xərəkdə gətirildi

O, 2 milyard qrivna həcmində dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

Vəzifəsindən kənarlaşdırılan Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri Roman Nəsirov baş verənlərin izah edilməsi üçün Milli Antikorrupsiya Bürosuna müraciət edib.

“İnterfax.com.ua” saytının verdiyi məlumata görə, R.Nəsirov bildirib ki, son bir neçə gün ərzində vəziyyəti ağırlaşıb: "Bunda heç bir simulyasiya əlaməti yoxdur. İkincisi, mənimlə bağlı baxılacaq işə gəldikdə, hamıdan çox maraqlıyam ki, işə hərtərəfli baxılsın və haqlı olduğum sübuta yetirilsin”.

İnfarkt öncəsi vəziyyətə düşdüyünü deyən R.Nəsirov son iki gün ərzində heç bir tibbi prosedurdan keçmədiyini söyləyib: “Ən çox istədiyim odur ki, Antikorrupsiya Bürosu və ya Prokurorluq məni stasionar müalicə aldığım xəstəxanaya geri qaytarsın. İstərdim ki, həkimlər sabah keçiriləcək məhkəmə iclasınadək məni ayaq üstə qoymaq üçün əllərindən gələni etsin”.

Qeyd edək ki, Ukrayna Antikorrupsiya Bürosu R.Nəsirov haqqında cinayət işi açıb. O, 2 milyard qrivna həcmində dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm