“Hərbi çevriliş cəhdinin başında Hulusi Akar dayanıb” - ŞOK İDDİA - - VİDEO
Bizi izləyin

Dünya

“Hərbi çevriliş cəhdinin başında Hulusi Akar dayanıb” - ŞOK İDDİA - - VİDEO

Şamil Topal “Yurdda Sülh Konseyi” ilə əlaqədar şok bir iddia səsləndirib.

FETÖ şübhəlisi Şamil Topal Türkiyədə iyulun 15-də hərbi çevrilişə cəhd edən “Yurdda Sülh Konseyi” ilə əlaqədar şok bir iddia səsləndirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, şübhəlinin sözlərinə görə, alay komandiri polkovnik Turqut Çələbi “Yurdda Sülh Konseyi”nin başında Baş qərargah rəisi Hulusi Akarın olduğunu söyləyib.

Şamil Topalın sözlərinə görə, çevriliş cəhdinin olduğu iyulun 15-də növbətçi komandir onu telefonla zəng edərək işə çağırıb: “Rütbəli hərbiçilərlə toplantı keçirən Turqut Çələbi “Yurdda Sülh Konseyi”nin başında Baş qərargah rəisi Hulusi Akarın olduğunu söylədi. O, saat saat 03:00-də hərbi vəziyyətin, saat 06:00-da isə küçəyə çıxma qadağasının elan ediləcəyini söylədi”.


Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm