Putin Rusiyanı Gürcüstana satan qadını bağışladı
Bizi izləyin

Dünya

Putin Rusiyanı Gürcüstana satan qadını bağışladı

SMS mesajı göndərdiyi üçün dövlətə xəyanətdə ittiham olunurdu.

Rusiya prezidenti Vladimir Putin Rusiya hərbi texnikası haqqında gürcü tanışına SMS mesajı göndərdiyi üçün dövlətə xəyanətdə ittiham oluna Oksana Sevastidini əfv edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, fərman rəsmi internet portalında dərc edilib.

Putin 2016-cı ilin dekabrında keçirilən böyük mətbuat konfransı zamanı Sevastidi ilə bağlı məhkəmə hökmünü “kifayət qədər sərt” adlandırmışdı. Dövlət başçısı işin detalları ilə tanış olacağına söz vermişdi.

Rusiya vətəndaşı Oksana Sevastidi dövlətə xəyanət ittihamı ilə 2015-ci ildə saxlanılıb və 2016-cı ilin martında 7 il müddətinə həbs cəzası alıb. O, 2008-ci ildə, Cənubi Osetiya ətrafında avqust müharibəsindən bir qədər əvvəl Gürcüstandakı tanışına bir neçə SMS göndərib. Oksana ona yazıb ki, Soçidə hərbi texnika daşıyan qatar görüb və onda olan məlumata görə, qatar Abxaziyaya gedir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm