Toy mərasimində iki partlayış: Ölənlərin sayı artdı (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Toy mərasimində iki partlayış: Ölənlərin sayı artdı (YENİLƏNİB)

Hadisə nəticəsində 23 nəfər ölüb.

İraqda toy mərasimi baş vermiş iki partlayışda ölənlərin sayı 30 nəfər çatıb.

"Report" xəbər verir ki, bu barədə "DPA" agentliyi təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə zamanı 26 nəfər xəsarət alıb. Təhlükəsizlik orqanlarının əməkdaşları hadisə yerini əhatəyə alıb.

İlkin məlumata görə, partlayıcı qurğunu iki kamikadze işə salıb. Yerli KİV-lərin xəbərində hadisədə 4 terrorçunun iştirak etdiyi vurğulanır.

Hələlik baş verənlərə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

***

İraqın Tikrit şəhəri yaxınlığında toy mərasimində bir-birinin ardınca iki partlayış baş verib.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 23 nəfər ölüb.

Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm