Nikki Haley: “İranı Suriyadan çıxartmaq lazımdır”
Bizi izləyin

Dünya

Nikki Haley: “İranı Suriyadan çıxartmaq lazımdır”

Suriya terrorçuların sığındığı liman olmamalıdır.

“İran və onun dəstəklədiyi şiə milisləri Suriyadan çıxarılmalıdır”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley Cenevrədə keçirilən Suriya probleminin həlli üzrə toplantının nəticələri barədə çıxış edərkən bildirib.

Diplomat deyib ki, İran Suriyada problemin həllinə əngəl yaradır. ABŞ-ın Suriyada problemin dinc yolla həllini və BMT-nin bu istiqamətdəki səylərini dəstəklədiyini vurğulayan Nikki Haley qeyd edib ki, bu proses davam etdirilməlidir:

“Siyasi həll yolları tapmaq üçün danışıqlar davam etdirilməlidir. Artıq Suriya terrorçuların sığındığı liman olmamalıdır. Bunun üçün də İranı Suriyadan çıxartmaq lazımdır. Müttəfiqlərimizin sərhədlərinin təhlükəsizliyini də qorumalıyıq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm