Qısqanclıq gözünü kor etdi - 3 ayın gəlinini öldürdü
Bizi izləyin

Dünya

Qısqanclıq gözünü kor etdi - 3 ayın gəlinini öldürdü

Bıçağı sevgilisinin ürəyinə sancıb.

Amansız qətl hadisəsi Bursada baş verib.

Publika.az xəbər verir ki, 3 ay əvvəl qaçırdığı qızla ailə quran Mehmet A. qısqanclıq zəminində həyat yoldaşı Deniz A.-nı qətlə yetirib. Cütlük arasında parkda başlayan mübahisə sonradan davaya çevrilib. Üstündə gəzdirdiyi bıçağı sevgilisinin ürəyinə sancan Mehmet hadisə yerindən qaçıb.

Deniz xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qısqanc ər sonradan polisə təslim olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm