ABŞ Rəqqa əməliyyatını Türkiyə ilə birgə keçirəcək
Bizi izləyin

Dünya

ABŞ Rəqqa əməliyyatını Türkiyə ilə birgə keçirəcək

ABŞ niyyətini açıqladı.

ABŞ Suriyanın Rəqqa şəhərinin İŞİD terrorçularından azad olunması əməliyyatını Türkiyə və koalisiya üzrə tərəfdaşları ilə birgə keçirmək niyyətindədir.

APublika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib: “Rəqqanın azad olunmasının sonrakı mərhələlərini Türkiyə daxil olmaqla, koalisiyadakı müttəfiqlərimizlə birlikdə planlaşdıracağıq”.

Qeyd edək ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ötən gün bildirib ki, Türkiyə, ABŞ və Rusiya qərargah rəislərinin bir neçə gün əvvəl keçirilmiş görüşündə Rəqqanın azad olunması əməliyyatının keçirilməsi müzakirə edilib. Onun sözlərinə görə, görüşdə heç bir qərar qəbul edilməyib, Amerika tərəfi isə qətiyyətsizlik nümayiş etdirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm