Rusiya siyasətçisi: “Hakimiyyətdə epidemiyalar başlayıb”
Bizi izləyin

Dünya

Rusiya siyasətçisi: “Hakimiyyətdə epidemiyalar başlayıb”

Əslində, tektonik hərəkətlər baş verir.

“Son zamanlar Rusiya hakimiyyətində istefaların epidemiyası praktik olaraq başlayıb”.

Publika.az xəbər verir ki, bunu Ukraynanın “Obozrevatel” nəşrinə açıqlamasında Rusiya müxalifətçisi və dissidenti Olqa Kurnosova deyib.

“Əslində, tektonik hərəkətlər baş verir. Rusiyada hazırda praktik olaraq istefaların epidemiyası başlanıb. Xüsusi halda, srağagün Daxili İşlər Nazirliyində keçirilən kollegiya müşavirəsindən sonra bu, özünü daha aydın şəkildə göstərdi. Bundan başqa, baş nazir Dmitri Medvedev haqqında çəkilən filmə rəsmi reaksiyanın olmaması çox deyir”, - Kurnosova bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm