Paytaxt qan gölünə çevrildi: 40 ölü, 100-dən çox yaralı
Bizi izləyin

Dünya

Paytaxt qan gölünə çevrildi: 40 ölü, 100-dən çox yaralı

Ölən və yaralanların əksəriyyəti şiə zəvvarlardır.

Suriyanın paytaxtı Dəməşqdə iki partlayış törədilib.

Publika.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, paytaxt küçələrini qan gölünə çevirən partlayışlarda ən azı 40 nəfər həyatını itirib.

Yüzdən çox yaralının olduğu bildirilir. Partlayışlar kamikadzelər tərəfindən törədilib.

Ölən və yaralanların əksəriyyəti şiə zəvvarlardır. Ölü sayının artacağı istisna edilmir.

Şiə zəvvarları hədəf alan bənzər bir hücum ötən il Dəməşqdə İŞİD terror təşkilatı tərəfindən həyata keçirilmişdi.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm