Ərdoğandan Hollandiyaya SƏRT SÖZLƏR: "Bunun cəzasını çəkəcəksiz" - VİDEOLAR
Bizi izləyin

Dünya

Ərdoğandan Hollandiyaya SƏRT SÖZLƏR: "Bunun cəzasını çəkəcəksiz" - VİDEOLAR

"Hazırda bir neçə gündür baş verən hadisələr, gördüklərimiz, diqqət edin, tamamilə İslamofobik bir inkişafın təzahürləridir. Qərb əsl üzünü bu son bir neçə gündə çox açıq və aydın şəkildə ortaya qoymuşdur".

Publika.az xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Xeyriyyəçilik Mükafatları Mərasimində çıxışı zamanı səsləndirib.

Ərdoğan Hollandiyanın çərşənbə günü seçkiyə gedəcəyini xatırladaraq, bunları söyləyib:

"Çərşənbə günü keçiriləcək bir seçkiyə Türkiyə-Niderland münasibətlərini qurban edirsənsə, bunun əvəzini ödəyəcəksən. Çərşənbə günü Hollandiyada keçiriləcək seçkidən sonra da, əvvəl də lazımlı qiymətləndirmələri edəcəyik və mövqeyimizi ortaya qoyacağıq. Çünki bu cavabsız qala bilməz".

Ərdoğan Avropanın irqçiliyə getdiyini də qeyd edib:

"Bu nə deməkdir? Bu separatçılıq, bu ayrı-seçkilik nədir? Haradadır Avropa Birliyi? Hadisələr başlayanda bunların faşistcəsinə bir təzyiq olduğunu dedim. Nasizim yenidən xortlamaqdadır. Bunlar konsulluğun qapısını kilidləyəcək, səfirimizi binadan çıxarmayacaq qədər irəli gediblər. Bütün bu hərəkətlərə necə cavab verəcəklər?"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm