• USD 1,7000 0,00% EUR 2,0614 +0,23%
    • GBP 2,3949 -0,17% RUB 0,0236 0,00%

Rusiya Azərbaycandan dəstək gözləyir

  • Dünya
  • 12 Mart 2017 19:55
  • 923 Baxış
Rusiya Azərbaycandan dəstək gözləyir

Rusiya Şimali Qafqazda turizmin inkişafı üçün Azərbaycanın dəstəyinə ümid edir.

Publika.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Rusiyanın Şimali Qafqaz məsələləri üzrə nazirinin məsləhətçisi Stanislav Aristov bildirib.

Moskvada XII Beynəlxalq Turizm Sərgisi çərçivəsində çıxış edən S. Aristov deyib ki, Rusiyanın regionlarına turist marşrutlarının inkişafı üçün “İpək yolu”nun dəstəklənməsinə dair tədbirlər planının həyata keçirilməsi vacibdir. Nazir məsləhətçisi qeyd edib ki, Şimali Qafqazda “İpək yolu” marşrutu keçən il təqdim edilib: “Bu gün Şimali Qafqazda bütün regionları əhatə edən 7 günlük avtobus turu təşkil edilir. “İpək yolu” marşrutunda turistlərə xidmətin keyfiyyətinin yüksəldilməsi üçün ilk öncə əlavə infrastruktur yaradılması lazımdır. Bu problemlərdən biri bu il ərzində həllini tapacaq, regionlarda brend turist informasiya mərkəzləri yaradılacaq. İkinci problem nəqliyyat elementi ilə bağlıdır. Bakı həftə ərzində iki Pekin-Bakı aviareysinə malikdir. Ancaq həm Azərbaycan vətəndaşlarının, həm də Rusiya vətəndaşlarının avtomobilə sərhədi keçməsi çox çətindir. Mən hələ üçüncü ölkə vətəndaşlarından danışmıram. Buna görə də biz bu il Azərbaycan tərəfinin dəstəyi ilə turizmin inkişafı ilə əlaqədar hökumətlərarası sazişin imzalanacağına ümid edirik. Şimali Qafqazın qapısı kimi Dağıstanın aktiv iştirakı ilə bu il heç olmasa Bakıdan Dağıstana – Dərbənd və Mahaçqalaya bir turist marşrutunun açılması layihəsinin həyata keçirilməsini istəyirik”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR