Efiopiyada insanlar zibil yığınının altında qaldı - 50-yə yaxın ölən var
Bizi izləyin

Dünya

Efiopiyada insanlar zibil yığınının altında qaldı - 50-yə yaxın ölən var

Sürüşmə zamanı hadisə yerində təxminən 150 nəfər olub.

Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində zibil yığını sürüşməsi nəticəsində faciə baş verib.

Publika.az xəbər verir ki, bədbəxt hadisə nəticəsində 46 nəfər zibilin altında qalaraq ölüb. Hələ də xeyli insan dağıntılar altında qalmaqdadır. Şəhərin hakimiyyət orqanları rəsmilərinin məlumatına görə, ölənlərin çoxu uşaqlar və qadınlardır.

Bildirilir ki, zibilliyin olduğu ərazidə onlarla adam gecəqondularda məskunlaşıb. Efiopiya paytaxtındakı nəhəng zibilliyin olduğu ərazi artıq 50 ildir məişət tullantıları üçün istifadə edilir.

Sürüşmə zamanı hadisə yerində təxminən 150 nəfər olub. Əddis-Əbəbə şəhər rəhbərliyinin mətbuat katibinin sözlərinə görə, ölənlərin sayı artacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm