Ukrayna ordusu rus taktikasına qarşı - AUDİOYAZI
Bizi izləyin

Dünya

Ukrayna ordusu rus taktikasına qarşı - AUDİOYAZI

NATO-nun təlim bazasında qeydə alınmış diktofon yazıları

“Luqansk Xalq Respublikası” (“LXR”) separatçı qurum tərəfindən saxlanılan Ukrayna hərbi qulluqçuları “respublika” hakimiyyətinə NATO-nun təlim bazasında qeydə alınmış diktofon yazılarını veriblər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, audioyazılardan birini PEN TV dərc edib.

Səs yazılarına görə, ingilis dilində danışan insan “rus taktikası”na qarşı cavab tədbirləri üçün təlimat verir. Başqa bir şəxs onun dediklərini rus dilinə tərcümə edir.

Ukrayna hərbi qulluqçularının sözlərinə görə, ABŞ-dan olan təlimatçılar diversantlara partlayıcı maddələr veriblər.

Daha əvvəl “LXR” hakimiyyəti Ukrayna ordusunun xüsusi təyinatlı dəstəsinin səkkizinci alayından diversantların tutulması haqqında bildirib. Separatçı qurumun “dövlət təhlükəsizliyi naziri” Leonid Paseçnik onların Ukrayna ərazisində təlim mərkəzlərində NATO-nun hərbi təlimatçıları tərəfindən hazırlandığını deyib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm