• USD 1,7000 0,00% EUR 2,0271 +0,03%
    • GBP 2,3731 +0,21% RUB 0,0234 +0,43%

Qadınlarsız qadınlar üçün şura yaradıldı

  • Dünya
  • 14 Mart 2017 21:22
  • 527 Baxış
Qadınlarsız qadınlar üçün şura yaradıldı

Səudiyyə Ərəbistanı hakimiyyəti qadınların hüquqlarının müdafiəsi üzrə məsləhət şurasını qurub.

Publika.az xəbər verir ki, bu haqda BBC News bildirib.

Şuranın birinci iclasında heç bir qadın iştirak etməyib. İclasa 13 kişi qatılıb. Qadınlar iclas zamanı qonşu otaqda olublar. İclas videoəlaqə üzrə translyasiya edilib.

“Qadınlar kişilərin bacılarıdır. Biz onlara iş və yeni imkanlar verməyi özümüzə borc hesab edirik”, - şahzadə Feysal bin Mişal, El-Kasim əyalətinin qubernatoru deyib.

Məsləhət şurasının sədri onun arvadıdır.

Qeyd edək ki, ölkənin əmək bazarında qadınların sayının artırılması üzrə proqram qüvvədədir. Hazırda əmək bazarında qadınlar 22 faiz təşkil edir. Proqrama əsasən, 2030-cu ildə ölkənin bütün qadınlarının üçdə biri işləməlidir.

Ömər

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR