Suriya BMT-dən üz döndərdi
Bizi izləyin

Dünya

Suriya BMT-dən üz döndərdi

Suriya rəhbərliyi BMT nümayəndəsinin məsləhətləşmə aparmaq təklifini rədd edib.

Rəsmi Dəməşq BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Misturanı qəbul etməkdən imtina edib.

Publika.az xəbər verir ki, de Mistura Cenevrədə keçiriləcək danışıqlar öncəsi Suriyaya səfər etmək üçün rəsmi Dəməşqə müraciət edib. Lakin Suriya rəhbərliyi BMT nümayəndəsinin məsləhətləşmə aparmaq təklifini rədd edib.

Diplomatik mənbələrdən verilən məlumat görə, de Mistura Dəməşqdə arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Suriya üzrə danışıqların növbəti raunduna martın 23-də start verilməlidir . Suriya hökuməti və müxalifət nümayəndələrinin iştirakı ilə danışıqların dördüncü raundu martın 3-də başa çatıb. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm