Sərnişin avtobusuna silahlı hücum - Yaralılar var
Bizi izləyin

Dünya

Sərnişin avtobusuna silahlı hücum - Yaralılar var

Cinayətkarların saxlanması barədə məlumat yoxdur.

İsveçin Göteburq şəhərindən şimalda yerləşən Trollhettan rayonu ərazisində vandallar sərnişin avtobusuna hücum ediblər.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, canilər "Molotov kokteyli" ilə silahlı olublar.

İlkin məlumatlara görə, hücum nəticəsində 6 nəfər xəsarət alıb. Qeyd olunur ki, şəhər küçələrində iğtişaşı təqribən 20 nəfərdən ibarət qrup törədib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyəti nəzarət altına almağa çalışırlar. Cinayətkarların saxlanması barədə məlumat yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm