• USD 1,7000 0,00% EUR 2,0296 +0,12%
    • GBP 2,3669 -0,26% RUB 0,0235 +0,43%

Brexitin başlama tarixi bəlli oldu

Brexitin başlama tarixi bəlli oldu

"Avropa komissiyası Böyük Britaniyanın Aİ-dən çıxmaq barədə danışıqlara başlamağa hazırdır".

Publika.az Trend-ə istinadən bildirir ki, bunu Avropa Komissiyasının mətbuat katibi Marqaritis Sxinas deyib. Onun sözlərinə görə, danışıqlar martın 29-u başlayacaq.

"Biz danışıqlara başlamağa hazırıq. Biz danışıqların başlamasına dair məktubu gözləyirik və bilirik ki, o, martın 29-da təqdim olunacaq", - M. Sxinas deyib.

Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Tereza Mey ölkənin Aİ-dən çıxma prosedurunun başlamasını martın 29-də elan edəcəyi barədə öncə məlumat verilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR