ABŞ müsəlmanları bu terrorçuya görə cəzalandırır - FOTO
Bizi izləyin

Dünya

ABŞ müsəlmanları bu terrorçuya görə cəzalandırır - FOTO

Elektron cihazlara partlayıcı qurğu quraşdırır.

Səudiyyə Ərəbistanı və İordaniya da daxil olmaqla 13 müsəlman ölkəsindən təyyarə vasitəsi ilə ABŞ-a elektron qurğuların daşınmasının qadağan ediləcəyi haqda məlumat vermişdik.

Milli.Az xəbər verir ki, ingilis mətbuatı uçuşlardakı bu qadağanın terror təhdidindən qaynaqlandığını və bunun noutbuk, planşet batareyasına bomba yerləşdirməyi bacaran "Əl-Qaida"çı İbrahim Əl Asiriyə görə qəbul edildiyini qeyd edib.

İngilis mediası - "Financial Times", "The Times" və "Daily Telegraph" Türkiyənin də daxil olduğu səkkiz müsəlman ölkəsindəki 10 hava limanından ABŞ-a səfər edəcək təyyarələrə minən sərnişinlərin kabinədə elektron cihaz saxlanılması qadağasına səbəb olaraq terror təşkilatlarının hücum təhdidini göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm